Şou-biznes

"Hər gün ağlayırdı ki, kaş mən ölərdim" - Xatun Balaşdan danışdı

4 İyul 2021 18:22
1 Şərh     Baxış: 2 308
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Balaş məni belə gözüyaşlı görmək istəməzdi. O, özü həyat verən insan idi. İnsanlar bir yana, heyvanlara da sevgisi var idi. Küçədə pişik, it görəndə götürüb maşına qoyurdu. Evimizin sonbeşiyi olsa da, böyüyü idi. Məni bu yerə gətirib çıxaran o oldu. İllərlə onu təriflədim".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva "Söhbət var" proqramında deyib. Stilist qardaşı dünyasını dəyişəndən sonra ilk dəfə efirə çıxan sənətçi yaşadıqlarını danışıb:

"Elə bil hiss edirdim ki, ona nəşə olacaq. Karantin başlayanda fəaliyyətimiz dayanmışdı, hər gün bir yerdə idik. Müharibə başlayanda gəlirdim ki, hər gün ağlayır. Deyirdi, pis oluram. Şəhidlərin yerinə mən ölərdim. İnanmazdım ki, başıma belə iş gələr.

Xəstəliyi aşkar olundu, gecikmişdi. Mən onu xəstə, uzanan görməmişəm. Burun əməliyyatı olanda bir-iki gün uzana bilmədi. Deyirlər, bədxassəlilər ağrı vermir. Dekabrın 9-da xəstəliyi ortaya çıxdı. İsrail, Türkiyə, hər yerə əlimi uzatdım. Əlimizdən gələni etdik, heç kimə demədim. Ən güclü həkimlərlə işləyirdik, deyirdilər gecikmisiniz. Bildiyiniz cəhənnəmi 2 ay 13 gün yaşadım"..

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.