Şou-biznes

"Amerikada günə 75 dollara sürücü işləyirdim"

1 İyul 2021 20:42
0 Şərh     Baxış: 1 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sen çal kapımı" serialında həmkarı Hande Erçellə eşq yaşayan Kərəm Bürsin qonaq olduğu verlişlərin birində gənclik illərində yaşadığı çətinliklərdən söhbət açıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, aktyor atasının işi səbəbindən uzun müddət xaricdə yaşadığını bildirib:

"Davamlı olaraq yeni bir həyat qururduq. Dünyanın harasında olursan ol, insan qəlbi eynidir. İndoneziyanı öz evim kimi hiss edirdim. Ən uzun qaldığım yer isə İstanbul olub. 11 il Amerikada yaşadım. Los-Ancelesdə günə 75 dollar qarşılığında sürücü işləyirdim.

Bostonda marketinq rabitə şöbəsini bitirmişəm. Bunu bir sığorta kimi düşünün. Atam heç vaxt aktyor olmağımı istəmirdi. Anam isə məni gizlicə dəstəkləyib".

Aktyor "Bir aludəçiliyin varmı?" sualını belə cavablayıb:

"Əvvəlcə duşda şampun istifadə etməliyəm. Əks təqdirdə günün pis olacağına inanıram. Əvvəlcə şampun, sabun, krem, sonra yenidən sabun. Ətri əlimə 3 dəfə sıxmalıyam. Boynuma sürtdükdən sonra "X" etməliyəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.