Şou-biznes

“Səni həmişə və həmişəlik sevirəm” - Suada - FOTO

22 İyun 2021 09:14
0 Şərh     Baxış: 4 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanlı pianoçu Suada Hacızadə ilə evlənən Hollivud aktyoru Jan-Klod Van Dammın oğlu Kris Van Damm instaqramda həyat yoldaşı ilə yeni fotolarını paylaşıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, paylaşımında "Biz, nəhayət ki, bunu etdik" sözlərini yazıb. K. Van Damm, həmçinin #HappilyEverAfter həştəqini əlavə edib.

Fotoları şərh edən S. Hacızadə instaqramda bunları yazıb:

"Səni həmişə və həmişəlik sevirəm. İnşallah, hər şey möhtəşəm olacaq!".

Xatırladaq ki, Kris Van Damm və Suada Hacızadənin nikah mərasimi iyunun 16-da Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.