Şou-biznes

Şou- biznesin iç üzü: “Müğənnilər toy sahiblərini yoldan çıxarırlar”

18 İyun 2021 17:48
Baxış: 1 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Elton Hüseynəliyevlə birgə toylara gedəndə müşahidə etmişəm. Bəzən toy sahibləri, hətta Rusiyadakı qadınlar bəzi xanım müğənnilərin məclislərinə gəlmələrini istəməyiblər. Düşünüblər ki, gələcək, ya ərimi, ya qardaşımı, ya da oğlumu yoldan çıxaracaq. Sonra onun pulunu xərcləməyə başlayacaq".

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcısı olduğu "Səmimi" verilişində prodüser Tarix Əliyev (Tolik) deyib. O, qonağı olan müğənni Nəfəsə müraciət edərək bunları söyləyib:

"Sanki indi qurunun oduna yaş da yanır. Bir-iki nəfər müğənniyə görə, siz də ümumiləşdirilirsiniz. İndi əri olmayan çıxır deyir ki, ərim var. Gizli görüşdüklərini elə-obaya car çəkirlər. Onun maşınından foto paylaşır. Ailəsi də görür ki, həmin adamın maşınıdır. Bu gizli olmalıdır. Lakin bilərək ev yıxırlar".

İfaçı isə hazırda həyatında kimsənin olmadığını xüsusi vurğulayıb:

"Olmasını da  istəmirəm. Çünki kimsə olanda səni bəzi şeylərdən məhrum edir. Düşünməsinlər ki, bir qadın evli kişi ilə münasibət qurursa, o xoşbəxtdir.  Həmin şəxsi sevirsə, heç xoşbəxt olmur. Əslində də düzgün deyil. Amma həyatdır da, ola bilir".

Tolik isə Nəfəslə razılaşmayıb. Prodüser ifaçıya durumu belə izah edib:

"Fikirləş ki, sən evdar xanımsan, uşaqların var. Sən sevib ailə qurmusan, kasıb vaxtlarında yanında olmusan. İndi o varlanıb. Birdən-birə hiss edirsən ki, sənə sevgisi itib. Görürsən ki, evə gec gəlir, başqa ətir qoxur. Bunun dərdini içində yaşayırsan. Özünü həmin qadının yerinə qoy. Axı başqasının olanı sahiblənirlər. Mən ümumi danışıram. Onların içərisində xalq artistləri, əməkdar artistlər də var ki, evli kişilərlə münasibətləri olub. Kişi müğənnilər də evli xanımlarla eşq yaşayıblar". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.