Şou-biznes

Mübariz Tağıyev koronavirusa yoluxdu

11 İyun 2021 17:48
Baxış: 4 262
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Mübariz Tağıyev koronavirus keçirib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, sənətçi bu haqda "Mtv" kanalına müsahibəsi zamanı danışıb.

Virusa harada və necə yoluxduğunu bilməyən Xalq artisti evində müalicə alıb. Peyvənd vurduran Mübariz Tağıyevdə iki gün sonra COVID-19 aşkarlanıb.

Hazırda virusdan sağalan sənətçi səhnə üçün darıxdığını deyib: "İki aydır züm-zümə belə edə bilmirəm. Səhnə üçün çox darıxırdım. Televiziyalar koronavirusa yoluxduğumu bilirdi. Ona görə də məni verilişlərə dəvət etmirdilər. Hazırda isə yeni mahnılarım var və onlar üzərində işləyirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.