Şou-biznes

Ebru Gündəş səhnəyə çıxmaqdan imtina etdi, səbəb...

8 İyun 2021 03:45
Baxış: 1 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Ebru Gündəş maraqlı addımı ilə diqqət çəkib.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, sənətçi ona qonararı ödənilən Bodrumda keçiriləcək toyda səhnəyə çıxmaqdan imtina edib.

Buna səbəb Ebrunun musiqi sektoruna tətbiq edilən sərt karantin qaydalarının aradan qaldırılmaması səbəbilə maddi rifahı pisləşən həmkarlarına dəstək nümayiş etdirməsi olub.

İfaçı "Digər həmkarlarım səhnəyə çıxmadığı vaxtda mənim səhnədə olmağım düzgün alınmaz"- deyə, açıqlama verib.

Xatırladaq ki, Türkiyədə bir çox sahələrdə karantin qaydaları yumşaldılsa da, sənətçilər və musiqi sektoru diqqətdən kənar qalıb.

Məşhurlar buna etiraz olaraq sosial şəbəkə hesablarında müxtəlif paylaşımlar edərək, öz etirazlarını bildiriblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.