Məşhur "O Səs Türkiyə" proqramında münsif dəyişikliyi olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, "TV8" telekanalında yayımlanan musiqili verilişdə Hadisəni həmkarı Gülşən əvəzləyəcək.
Qeyd edək ki, layihə rəhbəri və aparıcısı Acun Ilıcalı olan yarışmanın münsif kürsüsündə Murad Boz, Beyazıt Öztürk və Ebru Gündeş olacaq.
Xatırladaq ki, Hadisə hazırda "Exxen"də yayımlanan "O ses rap" yarışmasında münsifdir.
Milli.Az