Şou-biznes

"Həmin oğlanı tapıb həyatı başa saldırdım"

17 May 2021 19:36
Baxış: 2 966
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Günel Zeynalova "Zaurla Günaydın" proqramının qonağı olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, sənətçi barışıqlardan danışıb. Veriliş zamanı aparıcı Zaur Baxşəliyev "Barışa-barışa gedirsən" sözlərini ünvanlayıb.

Günel "Heç kimlə barışmıram. Qəlbimizi qıranları bağışlamaq lazımdır. O dünyada qarşılaşmaq istəmirsənsə, bu dünyada halallığını ver. Heç kimlə küsülü deyiləm. İnşallah, olmaram da. Qəlbimi qıranı Allaha həvalə edirəm" sözlərini söyləyib.

Günel daha sonra sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən söz açıb. O bildirib ki, bu yaxınlarda Rusiyada yaşayan bir azərbaycanlını polisə şikayət edib:

"Girib şərhləri oxuyuram. Fikirləşirəm ki, məni tanımayanın necə belə fikri ola bilər? Oturub bir qıza yazdım ki, məni tanıyırsan? Dedim, səni Allaha tapşırıram. Bu yaxınlarda bir oğlan yazmışdı. Moskvadan idi, apardılar həyatı başa saldılar. Üzr istədi ki, səhv etmişəm. Cəsarətin varsa, keç o sözləri qarşıma üzümə de. Yazır ki, zəhləm gedir. Fikirləşirəm ki, nə etmişəm ona?".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.