Şou-biznes

Əlixan Rəcəbovun yeni filminin premyerası “KINOPOISK”də - FOTO

17 May 2021 11:39
Baxış: 2 346
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur ssenari müəllifi, artist və rejissor Əlixan Rəcəbov "Faberge" qısametrajlı kriminal komediya üzərində fəal işləyir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Əlixan özü ideya müəllifi, ssenari müəllifi, rejissor və əsas rollardan birinin ifaçısıdır, özünün bu mövzuda zarafat etməyi sevdiyi kimi "özü özünün rejissorudur". Əlixanla yanaşı yeni filmdə komediya superulduzları - Elcan Rəsulov və Nicad Rəhimov, istedadlı aktyorlar Azər Aydəmir, Cavidan Novruz, Fuad İskəndər və Cavid Nəsrullah da yer alıb.

"Başlığında artıq bəzi işarələr var və xüsusən premyeraya az vaxt qaldığına görə bütün sirləri vaxtından əvvəl açmaq, orada baş verənlər barədə danışmaq istəmirəm, - may ayının sonunda, maksimum - iyun ayında tamaşaçılar özləri bunu öyrənəcəklər", - deyə Əlixan yeni işi barədə danışıb.

Əlixanın yeni filminin premyerasının "YouTube" platforması əvəzinə, eksklüziv olaraq populyar "KINOPOISK" kino saytında görünməsi diqqət çəkir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.