Şou-biznes

Məşhurun “Instagram” hesabı oğurlandı: Dostluğunda olanları təhdid edib pul istədilər

17 May 2021 09:44
Baxış: 1 065
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyəli məşhurun "Instagram" hesabı oğurlandı: Dostluğunda olanları təhdid edib pul istədilər

Türkiyəli məşhur model və aparıcı Elif Uzunun "Instagram" hesabı oğurlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mobil telefonuna gələn mesajı açandan sonra məşhurun başına belə hadisə gəlib.

İddiaya görə, onun dostluğunda olan müğənni, aktyor, model, siyasətçilər təhdid ediliblər.

Onun sözlərinə görə, hesabı ələ keçirən fırıldaqçılar dostluğunda olanlara təhdid mesajları yollayaraq deyiblər ki, əllərində onlara məxsus görüntülər var. Bu yolla həmin şəxslərdən pul istəyiblər. Bəziləri buna inanaraq onların dediyi hesaba pul köçürüb, bəziləri isə Uzuna zəng edərək bu barədə xəbər veriblər.

Uzunun şikayət məktubundan sonra qısa müddətdə hesabı qayıtsa da, artıq çox miqdarda pul oğurlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.