Şou-biznes

"Əlimdə sevgili namizədlərimin uzun siyahısı var"

12 May 2021 17:34
Baxış: 1 143
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2016-cı ildə keçmiş həyat yoldaşı Bred Pittdən ayrılan Hollivud ulduzu Ancelina Coli verilişlərin birində şəxsi həyatı ilə bağlı maraqlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 45 yaşlı aktrisa boşandıqdan sonra heç kimlə münasibət qurmadığını bildirib. Ancelina daha sonra "Əlimdə sevgili namizədlərimin uzun siyahısı var" deyərək hər kəsi təəccübləndirib.

Qeyd edək ki, Ancelina ilə Bred xeyli müddətdir uşaqların qəyyumluğu ilə bağlı razılığa gələ bilmirlər. Onların 3 bioloji və 3 himayəyə götürdüyü 6 övladı var. Hazırda Ancelina məhkəməni qazanmaq üçün Pitt tərəfindən məişət zorakılığına məruz qalması ilə bağlı dəlillər təqdim etməyə hazırlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.