Şou-biznes

Koronavirusa yoluxandan sonra müğənninin səsi batıb

7 May 2021 18:07
Baxış: 1 555
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Keçən həftələrdə koronavirusa qalib gələn türkiyəli müğənni Çelik sağaldıqdan sonra ilk dəfə səs yazma studiyasına gedərək, səhhəti ilə bağlı məlumat verib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  55 yaşlı sənətçi şəxsi İnstaqram səhifəsindən studiyada çəkilmiş şəklini paylaşaraq, "Covid-19"-dan sonra hələ də səsinin düzəlmədiyini yazıb:

"Virusa yoluxandan bəri ilk dəfə səs yazma studiyasındayam. Koronavirusa qalib gəlməyimdən sonra çox uzun müddət çalışsam da, səsim çıxmadı. Hələ də tam yaxşı çıxdığı deyilə bilməz. Hazırda bu halım belə mənim üçün möcüzə kimi görünür. Səsimizi, istedadımızı və bugünü, anı bizə verən Allahıma şükürlər olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.