Şou-biznes

"Sabah mən öləndə də deyəcəksiniz yaxşı oğlan idi" - VİDEO

5 May 2021 18:52
Baxış: 3 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nadir Qafarzadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Nadir "İnstagram" hesabında yeni video paylaşıb. Videoda o, Aslan Hüseynovun vəfatından danışıb və izləyicilərinə səslənib:

"Allah rəhmət eləsin Aslana. Bilirsiz bu nə deməkdir, əziz xalqımız? Ölüm qaşla göz arasındadır. Ona görə mehriban olmaq yetərlidir. Gəlin, bir-birimizi az pisləyək, az söyək. Qurtaraq bu söhbətləri.Sağlığında qiymət verək insanlara. Rəhmətə gedən insan sağ olanda da yaxşı idi. Bir-birimizi itirəndən sonra deməyək yaxşı oğlan idi. Sağlığında yaxşı oğlanın qədrini bilmək lazımdır. İçi mən qarışıq. Gəlin bir-birimizi parçalamayaq, didməyək. Mən sizə bir dost kimi məsləhət verirəm. Sonradan təəssüflənməyək. Aslan Allah sənə rəhmət eləsin. Bir həftənin içində ananı itirdin. Cənnətdə ananla görüş. Yenə bu videodan sonra paylaşıb, məni çoxları tənqid və təhqir edəcəksiniz. Sabah mən də öləndən sonra deyəcəksiniz ki, yaxşı oğlan idi. İndidən deyin ki, yaxşı oğlandır. Bir ilin içində çox çətinliklər gördük".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.