Şou-biznes

Taleh Yüzbəyovun adı 50 minlik saxta yarışda hallanır

29 Aprel 2021 10:47
Baxış: 1 893
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktyor Taleh Yüzbəyov dələduzların qurbanı olub.

Milli.Az Axşam.az xəbər verir ki, o, İnstaqram hesabının hekayə bölümündə bunla bağlı paylaşım edib. O bildirib ki, onun adından istifadə edərək yalançı yarış keçirilir:

"Sosial şəbəkələrdə kimsə adımdan səhifə açıb, yarışlar keçirir. 50 min manat da pul mükafatı verir. Sizdən xahiş edirəm, bu cür oyunlara qoşulmayasınız. Bu işlə heç bir əlaqəm yoxdur. Həmin insanı şəxsən tanıyan varsa, ona xəbədarlıq edin ki,  belə şey olmaz. Bu qədər söyüş və təhqirlə yaşamaq asan deyil. Söyüş sahibi olmasın".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.