Şou-biznes

Müğənniləri yasa boğan ölüm: daha əllərim əlinə dəyməyəcək

27 Aprel 2021 13:39
Baxış: 2 596
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünən əməkdar artist Baloğlan Əşrəfov koronavirusdan dünyasını dəyişdi. Bu acı xəbər hər kəsi, həm onun sənət dostlarını, həm də sevənlərini üzdü. Onun ölümü ilə bağlı şou əhli sosial şəbəkə hesablarında paylaşımlar ediblər.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, xalq artisti Röya Ayxan mərhumun fotosunu paylaşaraq bu sözləri yazıb:

"Sizi bizə tarix hər zaman xatırladacaq. Nə yaxşı ki, sizə sarıldım və xoş sözlərimi deyə bildim".

Müğənni Xatirə İslam isə kədərini belə dilə gətirib:

"Bilmirəm ki, nə yazım və necə yazım. Haradan başlayım...Allah rəhmət eləsin, o dünyasını versin".

Meyxanaçı Namiq Qaraçuxurlu da sənətkarın ölümündən yazıb:

"Baloğlan müəllim nəinki isdedadı ilə, xarakteri ilə də seçilirdi. Ağırlığını saxlaya bilən adam idi. Allah rəhmət eləsin".

Qiraətçi Pünhan İsmayıllı da üzüntüsünü İnstaqram hesabında ifadə edib:

"Allah sənə rəhmət eləsin, Bal oğlan! Korona, sənin anan ölsün ".

Müğənni Nazənin Salayeva da acı xəbərdən sarsılıb. O çox üzüldüyünü söyləyib:

"Bal səsli, abır-həyalı, hörmətli, dəyərli bir sənətkarı itirdik. Vəfasız dünya!"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.