Şou-biznes

Mübariz Mənsimovdan Baloğlan Əşrəfovla bağlı paylaşım

27 Aprel 2021 09:49
Baxış: 4 187
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Palmali" şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov dünən dünyasını dəyişən Əməkdar artist Baloğlan Əşrəfovla bağlı sosial şəbəkədə paylaşım edib.  

Milli.Az xəbər verir ki, iş adamı sənətçi ilə fotosunu paylaşaraq Əşrəfovun daim qəlblərdə yaşayacağını bildirib:

"Bu gün fani dünyanı tərk etdin. Allah sənə rəhmət eləsin, sədaqətli qardaşım. Azərbaycan incəsənətinə öz imzasını ata bilən sənətkarımız. Ata və anamın gəncliyi... O gözəl səsinlə ifa etdiyin mahnılar heç vaxt unudulmayacaq. Bu o deməkdir ki, sən ölmədin, hər zaman qəlbimizdə yaşayacaqsan. Rahat yat, əziz dost... Ruhun şad olsun...".

Qeyd edək ki, M. Mənsimov bir müddət əvvəl səhhətində ciddi problem yaranan müğənniyə yardım etmiş, onu müalicə üçün Türkiyəyə aparmışdı. Türkiyədə Baloğlan Əşrəfova qaraciyər köçürülmüşdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.