Şou-biznes

Klip çəkmək başlarına bəla oldu: Reperləri həbs gözləyir

27 Aprel 2021 09:44
Baxış: 1 114
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Sankt-Peterburq şəhərində "XIII qrup"un ifaçıları həbs olunub.

Səbəb isə iki həftə əvvəl baş tutan klip çəkilişidir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə 360 TV xəbər yayıb.

Bildirilir ki, klip çəkilişi üçün artistlər yolu bağlayıblar və orada drift həyata keçiriblər.

Hazırda "Qryaznıy Lui", "Brick Bazuka" və "Yara Sunshine" (reperlərin ləqəbləridir) haqqında cinayət işi qaldırılıb. Onlar yol hərəkətinə mane olmaqda ittiham olunurlar.

İfaçıları bir ilə qədər həbs gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.