Şou-biznes

"Oradan üzü aşağı yıxıldım" - Gülay Zeynallı yaşadığı çətinliklərdən danışdı

21 Aprel 2021 16:46
Baxış: 1 731
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Gülay Zeynallı "Günün sədası" verlişində qonaq olarkən sənət yolunun başlanğıcından danışıb.

Milli.Az sherg.az-a istinadən xəbər verir ki, sənətçi ilk dəfə 11 yaşında dövlət tədbiri üçün Fransaya getdiyini söyləyib:

"Sonra işləməyə başladım. Bülbül adına orta ixtisas musiqi məktəbində 8-ci sinifdə oxuyurdum. Birinci dəfə toya gedirdim, gecikdiyim üçün axırıncı dərsdən qaçdım. Məktəbin pilləkənləri də köhnə idi, ona görə oradan üzü aşağı yıxıldım. Toya çatanda gördüm ayağım qanayır.  Həmin şənlikdən o zamanın pulu ilə 4 şirvan qonorar aldım. Mən pulumu həmişə ailəm üçün xərcləmişəm. Anam toylara mənimlə gəlirdi. Stabil qiymət 4 şirvan idi, artıq qazananda anamla evə taksi ilə qayıdırdıq. Olmayanda isə dayanacaqda avtobus gözləyirdik. İnsan hər gününə şükür etməlidir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.