Şou-biznes

"Zamiqlə Abbası barışdırmaq üçün 8 min hesab ödədim" - VİDEO

12 Aprel 2021 14:29
Baxış: 1 520
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xalq artisti Röya Ayxan Əməkdar artist Abbas Bağırovla müğənni Zamiq Hüseynovu barışdırmasından danışıb.

Milli.Az aşam.az-a istinadən xəbər verir ki, müğənni "ATV maqazin onlarla"ya açıqlamasında ifaçıları barışdırmaq üçün 8 min hesab ödədiyini deyib:

"İki il əvvəl Moskvaya toya getdim, bəlli qiymətim var. Amma bu toy üçün 12 min aldım. Kənan (prodüseri Kənan Bayramov - red.) dəli olmuşdu ki, nə edirsən. Dedim, Abbasla Zamiqi barışdırmalıyam, həmin məclisə getməliyəm. Restoranda 8 min hesab vermişdim. İki gün yeyib-içdik. İndi bizə gəlib oturanda deyirəm belə olacaqdınızsa, niyə mənə 8 min hesab verdirib, italyan şərablarını açdırırsınız? Barışığı sevirəm, amma qadınları barışdırmağa getmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.