Türkiyəli müğənni Hadisə pandemiyaya görə Belçikadan Türkiyəyə gələ bilməyən anası ilə tətil etməyi planlaşdırır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi yayda anası Gülnihal Açıqgözlə dincəlmək üçün Bodrumdan dəbdəbəli villa icarəyə götürüb.
Hadisə gözəl mənzərəsi və hovuzu olan malikanənin 1 həftəsi üçün 20 min TL (təxminən 4 174 manat) ödəniş də edib.
Tətil zamanı müğənninin aktyor sevgilisi Kaan Yıldırım da onların yanında olacaq.
Milli.Az