Xalq artisti Nazpəri Dostəliyevaya ağır itki üz verib.
Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, bu gün sənətçinin böyük oğlu Əli Quliyev 41 yaşında vəfat edib.
Onun ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir.
Qeyd edək ki, Nazpəri Dostəliyeva bir dəfə Nəriman adlı bəylə ailəli olub. Sonradan bu evliliyə son qoyan müğənninin həmin evlilikdən Əli və Əkbər adlı iki oğlu var.
1980-ci il təvəllüdlü Əli Quliyev bir neçə il öncə sevib seçdiyi Nərmin adlı xanımla ailə həyatı qurub.
Həmin nikahdan onların Tamerlan adlı oğulları var.
Milli.Az