Şou-biznes

"Hicabdan əvvəl günə 500 manat qazanırdım" - VİDEO - FOTO

9 Mart 2021 15:02
Baxış: 1 973
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ARB TV-nin "Hüseynova bacıları" verilişinin növbəti qonağı müğənni Xuraman Şuşalı olub.

Milli.Az xəbər verir ki, müğənni hicaba gəlməyi ilə bağlı maraqlı açıqlama verib:

"2013-cü ilin fevralın 16-sı hicaba gəlmişəm. Şou proqramlardan hər günüm 500 manat idi. Məni tanıyanların hamısı bilir ki, 7 günün 7-ində də işim olub. O gəlirə, qazanca yox deməyi hər adam edə bilməzdi. Hansı aləmdən özümü necə çərçivəyə saldım və 3 il oxumadım".

Müğənni daha sonra açıqlamasında həyatının kədərli olduğunu deyib:

"Mənim həyatım o qədər kədərlidir ki... Şükürlər olsun 4 övladım var. Bu həyatdakı yeganə qazancım 4 övladımdır. Çox çətinliklə ailəmi qoruyub saxlamışam. Ailəmdə bir dənə səhvim olsaydı, onu bayraq edib dünyaya car çəkərdilər. Daşı ağır olan adamam. Bilmirəm mənim nəyimə paxıllıq edirlər, başa düşmürəm".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.