"Həcilərin 5 sevgilisi olur, ən çox istədiyi sevgilisini..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan şou-biznesinin yazılamamış qanunları var. Məsələn, ifaçının sevgilisi daha çox sponsoru olur. El dilində desək, həcisi. Bu gün həcisi olan ifaçı gündəmdə, trendədir. Çünki bütün problemlərini həci həll edir. Həci isə sizin bildiyiniz o həcilərdən deyil. Bu həci sevdiyi qadınları şou-biznesə gətirir, yeri gəlsə, sevdirməyi bacarır da.
Dünya şou-biznesində prodakşınlar tanınmamış bir ifaçının üzərində çalışır və onu dünya ulduzuna çevirərək ondan maliyyə əldə edir. Bizdə isə nə belə prodüserlər, nə də prodakşnlar var. Belə olduğu halda ümid ancaq həcilərə qalır. Bəs görəsən, sənətçilər bu barədə nə düşünür?
Milli.Az moderator.az-a istinadla bildirir ki, ifaçı Nadir Qafarzadə nə həyatda, nə də sənətdə sponsorunun olmadığını deyir:
"Bu vaxta qədər nə sponsorum, nə də həcim olub. Mənim heç nəyim olmayıb. Göydə Allah, yerdə özüm bu sənətdə var gücümlə çalışmışıb, çabalamışam. Həci məsələsi adətən qadın ifaçılara aid olur. Bu da elə bir məsələdir ki, bilmirsən ki, indi sponsor kimdir həci kim. Həcim olmayıb deyə onun nə iş gördüyündən xəbərsizəm. Allah həcilərin də, sponsorların da canını sağ eləsin".
Hazırda Türkiyədə yaşayan və oradakı şou-biznesə qatılan aparıcı, aktrisa Aysel Nazim isə deyir ki, dünya ulduzları, eləcə də Türkiyədəki məşhurlar konsertlərindən və layihələrindən gəlir əldə edirlər:
"Bizdə isə daha çox toy biznesi var. İfaçılar karyera qurmağa başlayanda yalnız toy tutmaq üçün ara mahnıları ifa edirlər. Bu sənətə aid olmayan birilərinin hesabına sənətə gəlməyə çalışırlar. Bərbad geyim tərzi, olmayan səs tembri ilə gündə bir ifaçı yetişir. Hamısı da "ulduz"dur. Çox təəsüf ki, həcilərin və ya kimlərinsə hesabına bu sənətə aid olmayan insanların sevgililəri pul buraxıb, onları müğənni edir. Onlar da yalnız toy biznesi haqqında düşündükləri üçün dünya arenasına çıxa bilmirlər. Bunun hər kəsə şamil etmirəm, sevdiyim, sənətinə hörmət etdiyim müğənnilərimiz də var. Onların da daha çox çalışmalarını istəyirəm. Misal üçün Röya Ayxan və bu kimi sənətkarlarımız yaradıclıqlarına yatırım edirlər. Onu təqdir edirəm".
A.Nazim qeyd edir ki, yeni çıxan ifaçılar özlərinin adlarını dəyişdirib, başqa adla təqdim edirlər, sanki səhnəyə deyil toy məclisinə çıxıblar:
"Gözəl səsi, səs tembri olan ifaçılar var ki, heç onlara sponsorlar tapılmır. Bu sənətlə əlaqəsi olmayanlara yatırım edilir, onlar da çıxıb yekə-yekə danışırlar. Səhnədəki hərəkətlərindən, davranışlarından tamamilə başqa bir şeyi təbliğ edirlər, çünki o başqa yoldan gəliblər. Kimisə tapıblar, onlar da sponsorluq edib yeni bir müğənni yaradıblar. Əslində isə sponsor başqa məna daşıyır. Müğənnini tanıdan prodakşınlardır, bir də ifaçının prodüseri. Prodüser bizdə fərqli qəbul edilir. Belə ki, çanta daşıyan, müğənni ilə birlikdə məclislərə, efirə gedib gələn kimi anlaşılır. Prodüser özü pul qoymalı, ifaçıya yatırım etməlidir. Bizdə isə ona həci deyilir. Həcilərin də 5 sevgilisi olur, ən çox istədiyi sevgilisinə pul yatırıb, onu müğənni edir. Salır insanların canına".
Prodüser Təranə Səmədova isə deyir ki, dünya şou-biznesində daha çox ifaçıya yatırım edilir, bizdə isə yanaşma tərzi bir qədər fərqlidir: "Bizim dinləyici kütləmiz azdır. İfaçılarımız yalnız toylardan gəlir əldə edirlər. Türkiyədə bu işi sponsorlar edir. Sponsor, prodüser ifaçını yarı yolda qoyanda ona təzminat açılır. Bizdə isə bu cür şeylər yoxdur. Həci mövzusuna isə toxunmaq istəmirəm. İllər öncə ifaçı Rəqsanə efirə çıxıb ilk dəfə "sponsor"um sevgilimdir dedi. İndi o da müasirləşib, adı dəyişdirilib həci olub. O mövzulara toxunmaq istəmirəm. Açığı deyim ki, onu müzakirə etməyi ayıb bilirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq
-
Polis Bakı və rayonlarda əməliyyat keçirdi - Saxlanılanlar var
-
İşdən çıxarılan icra başçısı kimdir? - Dosye
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib





