Şou-biznes

Yerli tanınmışlar Valentin gününü belə qeyd etdilər - FOTO

15 Fevral 2021 12:12
Baxış: 2 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

14 fevral dünyada Sevgililər günü kimi qeyd edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu günü qeyd edənlər arasında məşhurlar da yer alıblar. Onlar fotolar paylaşaraq, sevgilərini belə etiraf ediblər:

Müğənni Xatirə İslam Sevgililər gününü həyat yoldaşı Fəxrəddin bəylə birlikdə restoranlardan birində qeyd edib. Sənətçi çəkdirdikləri fotoları sosial şəbəkədə yayımlayaraq "Hər şeyə görə çox sağ ol, var ol. Allah sənə dəyməsin" sözlərini yazıb.

Müğənni Günay İbrahimli isə sevgilisinin şəkilini gizlətsə də, həmin günü onunla birlikdə qeyd etdiyini vurğulayıb. Günay fotosuna "Məşəldə bitməz sevdam, versəm də canımı, ürəyimi. Böyük sevgilərlə" şərhini qeyd edib.

Müğənni Elçin Cəfərov xanımı Aydanla özəl günü restoranlardan birində qeyd edib. O, birlikdə olan fotolarını yayımlayaraq izləyicilərini bayram münasibətilə təbrik edib.

Aparıcı Murad Əzimzadə isə həyat yoldaşı ilə olan fotosunu izləyiciləri ilə bölüşərək "Bir gün deyil, hər gün eşq" sözlərini yazıb.

Keçmiş müğənni Safurə Əliyeva da həyat yoldaşı Fərhad Əliyevlə fotosunu yayımlayaraq sevənləri təbrik edib.

Milli.Az

 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.