Bir neçə gündür sosial şəbəkələrdə müğənni Rəqsanə İsmayılovanın beşinci dəfə ana olması xəbəri yayılıb.
Milli.Az big.az-a istinadla xəbər verir ki, xəbərin yalnış olduğunu deyən Rəqsanə sosial media hesabında bununla bağlı açıqlama verib:
"Əvvəla hər kəsə salam. Üzümü tuturam bəzi saytlara yığışdırın da özünüzü. Reytinq xətirinə məni 5-ci dəfə ana etmisiz. Mən 4 uşaq anasıyam. 5-ci uşaq olanda narahat olmayın hər kəs biləcək. Kim yazıb yığışdırın bu məlumatı. 5-ci uşaq dünyaya gələsi olsaydı, gizlədiləsi heç bir şey yoxdur. Allah hər kəsə ana olmağı nəsib etsin. Aysun, Yağmur, Mihrimah, Muhammed Ali".
Milli.Az