Şou-biznes

"Özlərini apara bilmirlər" - Aygün Bəylərdən müğənnilərə

5 Fevral 2021 16:46
Baxış: 1 702
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İndiki cavanlar arasında istedadlıları var. Amma onlar musiqidən çox başqa məqsədlə bu sənədi seçirlər. Bəlkə insanlar çox kasıbçılıq çəkdi. Ona görə belə edirlər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Aygün Bəylər "Günün sədası" proqramında deyib. Müğənni gənc ifaçıları tənqid edib:

"Mən də kasıbçılıqla kənddə böyümüşəm. Amma gedib qonşuda pianoda musiqi ifa edirdim. Övladım isə musiqi məktəbinə getdi. Çox gözəl oxuyur. Ancaq dedi ki, ana, bu istedad ailədə bir nəfərdə olar, o da səndədir. Musiqiyə çörək kimi baxmadı. Baxmaq olar, buna sözüm yoxdur. O halda ki, onu kiməsə öyrədirsən. Onun duası olmalıdır.

Pul deyən kimi, musiqi haşiyəsindən kənara çıxırlar. Özlərini cəmiyyət içində apara bilmirlər. Bəlkə yaşa dolduqca düzələcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.