Şou-biznes

Cavanşir Məmmədova 1 ildir efirlər qadağa qoyubmuş

5 Fevral 2021 12:51
Baxış: 2 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Cavanşir Məmmədova bir ildir efir qadağası qoyulub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu haqda müğənni "Həmin Zaur" proqramında deyib. O bildirib ki, buna səbəb onun radio və telekanllarla bağlı səsləndirdiyi tənqidi fikir olub:

"Mənə sual verdilər və fikir bildirdim. Orada elə nalayiq sözlər deməmişdim. Mənə bir ildir efir qadağası qoymuşdular. Eybi yox, ola bilər. Yaşımın, sənətimin bu dövründə oturub gözlədim ki, nə vaxt zəng edib məni çağıracaqlar. 46 ildir sənətdəyəm. Düşündüm ki, çağırıb deyərlər nə olub? Etdilər də, sağ olsunlar. Ürəyim sıxılırdı. Bir müğənnini öldürmək istəyirsinizsə, onun əlindən mikrofonu alın".

Qeyd edək ki, C.Məmmədov televiziya və radiolarda mahnılarının səsləndirilməməsindən şikayət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.