Şou-biznes

"Toy olmasa musiqiçilər acından öləcək" - Xatirə

18 Yanvar 2021 18:44
Baxış: 2 765
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Xatirə İslam sosial şəbəkədə sənət adamlarının tənqid olunmasına reaksiya verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi musiqiçilərə qarşı böyük aqresiya olduğunu bildirib. Bunla bağlı sənətçi izləyicilərinə "Musiqiyə və musiqiçilərə, sənət adamlarına qarşı çox böyük aqresiya var. Sizcə niyə" sualını ünvanlayıb.

Yazılan şərhlər isə Xatirəni özündən çıxarıb. O, "Musiqiçilər xalqın pulu ilə adam olub, şəhidlər olanda da konsert verirdilər" sözlərinə "Adam anadan olanda Allah ona hər şeyi yazmış olur. Danışanda sözlərinizə bir az fikir verin. Heç kim heç kimə durduğu yerdə heç nə verməz. Hamı pulunu əziyyət çəkib qazanır. Qaldı ki, kimin özünü necə aparmasına, o artıq onun öz xasiyyətidir. Danışanda ümumi danışmayın. Şəhidlərdən əvvəl musiqiçilərə aqresiya yox idi? Səmimi olun. Dünyanın heç bir yerində müğənnilərə qarşı belə münasibət yoxdur" cavabını verib.

Xatirə daha sonra "Heç kimə kömək etməyən sənətçilər yəqin pullarını bu gün üçün saxlayıblar. Çünki onlar bilir ki, toy olmasa musiqiçi acından öləcək" sözlərini əlavə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.