Şou-biznes

"Rejissor istəyirsə, qadın paltarı da geyinməlisən" - Arif Quliyev

8 Yanvar 2021 15:04
Baxış: 996
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Çəkilən filmlərdə komediya obrazı olmadığı üçün məni dəvət etmirlər. Bir-iki serialda çəkildim, indi o da yoxdur. 2014-cü ildə sonuncu dəfə dövlət tərəfindən lentə alınan "Axırıncı dayanacaq" filmində çəkilmişəm. Özəl filmlərdə də olmuşam. Amma onlar da çox yaşamır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Arif Quliyev "Həmin Zaur" proqramında deyib. Aktyor 7 ildir heç bir filmə çəkilmədini söyləyib.

A.Quliyev aparıcının "Bəzi aktyorlar deyir ki, qadın geyimi geyinib səhnəyə çıxmaram" sözlərinə "Aktyorsan, rejissor üstünə yazdığı rolu oynamalısan. Burada səni görürsə, geyinməlisən. Heç bir obraza etiraz etməmişəm. Obrazı rejissorun istədiyi səviyyədə və tamaşaçının qəbul edəcəyi formada oynamalıyam. İfa etmirəmsə, orada nə gəzirəm?" cavabını verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.