Şou-biznes

"Kiminsə evini oğurlamırsınız" - Virusa yoluxduğunu gizlədənlərə səsləndi

11 Dekabr 2020 18:39
Baxış: 2 704
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Yaşlı nəsil həmişə gəncləri tənqid edirdi, bəyənmirdi. "İndiki gənclər elədir" deyib, gileylənirdilər. Hər zaman deyirdim, sosial şəbəkədə və efirdəkiləri görüb danışmayın. İndiki gənclər baxın, bu gün tarix yazanlardır. Şəhidlərin analarının qarşısında baş əyirəm".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elçin Hüseynov "7 canlı" proqramında qonaq olarkən deyib. Sənətçi Vətən müharibəsində Azərbaycanın qələbəsindən söz açıb.

Bir müddət əvvəl Covid-19-a yoluxan E.Hüseynov xəstəlik ərəfəsində yaşadıqlarını bölüşüb:

"Ailəm də, mən də yoluxduq. Vaxtında üstünə düşmək lazımdır. Virusu keçirənlər gizlədirlər. Bu da qorxuludur. Kiminsə evini oğurlamırsan, virusdur yoluxursan. Müalicə edirsən keçib gedir. Niyə gizlədirsiniz? Evdə müalicə olunduq. 10 gün ərzində dərmanlar bitdi, 14 gündən sonra test cavabı neqativ oldu. Bütün yaxınlarım bu xəstəliyi tutdu".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.