Şou-biznes

"Laçın da mənim kimi azadlığa çıxdı"

1 Dekabr 2020 13:41
Baxış: 2 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Fədayə Laçın ata yurdu Laçının düşməndən azad edilməsi ilə bağlı sevincini bölüşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bunla bağlı sosial şəbəkədə paylaşım edən sənətçi bunları yazıb:

"Gözlərimiz aydın olsun, Laçın da mənim kimi azadlığa çıxdı. Allah bütün bağlı qapıları açsın, İnşallah. Allahım, bu günləri bizə yaşatdığın üçün sənə təşəkkür edirəm, çox şükür. Məhəbbətin (müğənni Məhəbbət Kazımov - red.) və Laçın həsrəti ilə dünyadan köçənlərin ruhları şaddır. Bu qələbəmizi igid oğullarımıza, əsgərlərimizə borcluyuq. Allah şəhidlərimizə rəhmət eləsin, əsgərlərimizə can sağlığı versin".

F.Laçın daha sonra İnstaqramda canlı yayıma girərək izləyiciləri ilə söhbət edib. Uzun müddətdir Rusiyada yaşayan müğənni hazırda bakıda olmadığı üçün pis olduğunu deyib:

"Kaş Bakıda olardım, Məhəbbət Kazımovun məzarını ziyarət edərdim. Ona gözaydınlığı verərdim. Sevincimi sözlərlə izah edə bilmirəm.

Uzun müddətdir toylara getmirəm. Çünki şəhidlərimiz olduğu halda mən oxuya bilməzdim. Amma indi mahnılarımı Laçın niskili ilə oxumayacam".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.