Şou-biznes

Rəqqasə Oksana Rəsulova: "Sadəcə, çıxıb gedirəm" - FOTO

29 Dekabr 2011 08:30
0 Şərh     Baxış: 2 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Azərbaycanın populyar rəqqasəsi Oksana Rəsulova Milli.Az xəbər portalına verdiyi açıqlamasında qeybətə qarşı münasibətindən danışdı.

"Mən heç vaxt heç kimin dalınca danışmaram. Buna da çox pis baxıram. Əgər kiməsə sözüm varsa, onu həmin insanın üzünə deyərəm. Yoxsa oturub dalınca danışmaq mənlik deyil.

Hətta mənim yanımda, kimsə kiminsə arxasınca danışırsa, mən o insana qulaq belə asmıram. Sadəcə, çıxıb gedirəm. O insan da bunu görüb, öz hərəkətindən utanır", - Oksana Rəsulova dedi.

Azərbaycanlı rəqqasə həmçinin, şou-biznesdə olan söz-söhbətdən danışdı.

"Hal-hazıda şou-biznesdə də, söz-söhbətlər, kiminsə arxasınca danışmaq olduqca çoxdur. Mən şəxsən belə şeylərə fikir vermirəm. Və çalışıram ki, bu cür insanlardan uzaq durum. Adətən,belə insanlar çox qorxaq olurlar. Arxasınca danışdığı insana öz düşündüklərini belə, deyə bilmirlər. Bu cür insanlar isə mənlik deyil. Ümumiyyətlə, mən uzağam belə insanlardan", - Oksan Rəsulova dedi.

Türkan Nadirqızı
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

















Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.