Şou-biznes

"Niyə mənə vəfasız çıxdın?" - Damla ağır itkisindən yazdı - VİDEO

21 Avqust 2020 13:17
Baxış: 7 293
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Damla sosial media hesabında mərhum atası ilə bağlı paylaşım edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, ifaçı ''İnstagram'' hesabında dünyasını dəyişən atasının videosunu yayımlayıb.

"O qədər qürurlanıram ki, sənin kimi atam olub. Ancaq indi səndən yalnız quru şəkillər, videolar qalıb. O qədər darıxmışam, o qədər canım yanır. Sənəti, insanlığı, təhsili, nitq qabiliyyətini, Allah qorxusunu, haqqı, dürüstlüyü, susmağı, bədii ədəbiyyatı, musiqini, bitliləri, heyvanları, vəfalı olmağı mənə sən sevdirmisən, sən oyrətmisən, ata. Bilirdin axı mənim səndən başqa heç kimim yoxdur. Niyə mənə vəfasız çıxdın. Niyə buraxdın getdin? Axı ''İnsan vəfasız olmaz'' kəlməsini özün öyrətmişdin", - Damla qeyd edib.

Xatırladaq ki, sənətçinin atası ötən il dünyasını dəyişib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.