Şou-biznes

Xanəndə Elnarədən Nura Surinin atmacasına cavab

13 Avqust 2020 18:44
Baxış: 3 338
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elnarə Abdullayeva müğənni Nura Surinin onun barəsində sosial şəbəkədə yazdığı şərhdən danışıb.

Sənətkar "ölkə.az"-ın əməkdaşıyla söhbətində bildirib ki, dediyi fikirlər həqiqətdir və kimin nə düşünməsi onu maraqlandırmır:

"Mənim üçün qətiyyən heç kimin fikri maraqlı deyil. Bu sənətdə kimlərəsə görə addımlamıram, özüm boyda adım var. Şükr Allahın qüdrətinə. Kimin inanın inanmamağı mənimçün maraqlı deyil. Mən kim olduğumu Allahla öz aramda özümüz bilərik. Məni tanıyan insanlar, ətrafım, uşaqlıqdan indiyədək gözlərinin qarşısında böyüdüyüm el-obam var. Əgər mənə inansınlar, ayaqqabımı görsünlər, donumu görsünlər fikriylə yaşasaydım, Allah bilir, indi hansı dərənin dibindəydim. Əsas odur ki, dünyamız dinc olsun".

Qeyd edək ki, Nura Suri xanəndənin verilişlərin birində özü barədə səsləndirdiyi fikirlərə belə münasibət bildirmişdi: ""Sən dedin, mən inandım, sən təkrar etdin, mən şübhələndim, sən inad etdin və mən başa düşdüm ki, yalan danışırsan.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.