Şou-biznes

"Kimdi sənə min manatlıq gül göndərən?" - İzzət həmkarlarını lağa qoydu

29 İyul 2020 17:22
Baxış: 2 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İndi müğənnilər otururlar kompüter qarşısında səsləri orada düzəldirlər: onu burdan kəsir, bunu ora yapışdırır. Biz səsimizdə nəsə bir səhv olanda oturub mahnını başdan oxuyurduq. Ona görə də indi toylara gələndə canlı oxuya bilmirlər. Əllərində içində dörd-beş mahnı olan disklə gəlib-gedirlər. Başqa mahnı istəyəndə, oxuya bilmirlər.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni İzzət Bağırov "7 canlı" proqramında deyib. Sənətçi şou-biznesə yeni qatılan ifaçıları tənqid edib.

İzzət proqramlara dəvət ediləndə şərtlər qoyub, tək qatılmaq istəyən müğənnilərdən də söz açıb. O bildirib ki, artıq özü də verilişlərə şərt qoymağa başlayıb:

"30 ildir belə şeylər etmirdim. Amma son bir ildə başlamışam. Məndən qat-qat illər sonra efirə gələnlər verilişi bağlatdırırlar. Studiyaya şarlar, fişənglər düzdürürlər, güllər gəlir. Guya buna gül göndəriblər. Gülün min manat qiyməti var, kimdi sənə onu verən? Başlayırlar müğənni gəlməsin, yanımda heç kim olmasın.

Gördüm özün özün üçün nəsə etməsən, heç kim etməyəcək. Son aylar dəvət gələndə başlamışam soruşmağa ki, kim olacaq? Deyirəm, iki müğənni olsa bəsdir. Düzürlər nə qədər müğənnilər, bilinmir kim nə danışır, oxuyur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.