Şou-biznes

Günel Kardaşyanı izlədiyi üçün tənqid edildi: "Dar düşüncəniz var"

22 İyul 2020 14:35
Baxış: 3 943
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da yaşayan azərbaycanlı keçmiş aparıcı Günel Musəvini sosial şəbəkədə izləyiciləri tənqid edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb onun erməni əsillə məşhur Kim Kardaşyanı İnstaqram-da izləməsi olub. Günel isə yazılan tənqidlərə sərt reaksiya verib.

"Bəzi İnstaqram vətənpərvərləri mənə irad tuturlar ki, niyə Kim Kardaşyanı izləyirəm. Birincisi, məndən başqa millətin yarısı onu izləyir.

İkincisi, düşməni yaxın tutmaq lazımdır ki, hər addımından xəbər tuta bilək. Amma siz nə deyirsiz? Deyirsiz, gəlin gözümüzü yumaq, reallıqdan qaçaq, meydanı verək ermənilərə, onlar da ağızlarına gələni yazıb paylaşsınlar. Budur sizin düşündüyünüz? Bu qədər dar düşüncəniz var? Gözləriniz açın, beyninizi bir az yorun", - Günel cavabında qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.