Şou-biznes

''Xəzər''in məşhur siması 5 il polis əməkdaşı olubmuş - FOTO

9 İyul 2020 17:06
Baxış: 4 883
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

''Aşıq Muşqulat'' ləqəbli aktyor Elnur Mahmudov sosial media hesabında maraqlı paylaşım edib.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, aktyor əvvəllər polis əməkdaşı kimi fəaliyyət göstərib. O, bununla bağlı polis geyimində olan görünüşünü İnstagram hesabında yayımlayıb.

''Polis həqiqətən də çətin və məsuliyyətli peşədir. 5 il polis işlədim. Bu işin nə qədər əziyyətli olduğunu yaşamışam. Hər şey kənardan göründüyü kimi deyil. Qurunun oduna yaş da yanır. Bu hər yerdə belədir. Əgər hansısa polis əməkdaşı xidmətdə olduğu zaman nöqsana yol verirsə bunu başqalarına da şamil etməyək. Bu karantin ərəfəsində onların məsuliyyəti iki qat artır. Ən azından polis dostlarımı və ailəmizin polis üzvü olan doğma qardaşımı kənardan etdiyim müşahidələrim bunu deməyə əsas verir''- deyə, o qeyd edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.