Şou-biznes

“Yanvardan bəri pul üzü görmürəm” - Faiq Ağayev

30 İyun 2020 14:45
Baxış: 3 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mənim ürəyim yanır. Təkcə musiqiçilər, müğənnilər deyil, günə muzdlu çalışanlar, bizim sferaya bağlı olan insanlar- gül, paltar satışı ilə məşğul olanlar, restoran işçiləri, administratorlar, aşbazlar və kimlər... Onlar 4 aydır işləmirlər".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev "Fatehin divanı" proqramında qonaq olarkən bildirib. Ağayev karantin dövründə qazancsız qalan sənətçilərdən söhbət açıb:

"Mən sonuncu dəfə yanvar ayında toy idarə etmişəm. Altı aydır ki, pul üzü görmürəm. Təbii ki, kənara pul atmışam. İnsan ən qənaətcil halda o pulu bir il xərcləyə bilər, bəs sonra nə olacaq? Mən gileylənən insanlara heç nə deyə bilmərəm. Ümidvaram ki, bu bəla ilə mübarizə qələbə ilə nəticələnəcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.