Əməkdar artist Gülüstan Əliyeva "5/5"də qonaq olub.
Milli.Az xəbər verir ki, sənətçi efirdə ailə qurduqdan qısa zaman sonra şəhid xəbərini aldığı həyat yoldaşı və qardaşından gözyaşı içində danışıb:
"1990-cı ildə ailə qurdum. Toyumdan 11 ay sonra həyat yoldaşımın ölüm xəbəri gəldi. Qardaşımın da ölüm xəbərini 1994-cü ildə aldım. Hər ikisi də şəhid olub. Mən çox qürurluyam, fəxr edirəm ki, belə bir ailənin üzvüyəm".
Məhəmməd Vaqif
Milli.Az