Toyundan 11 ay sonra həyat yoldaşının ölüm xəbəri gələn Əməkdar artist: Mən çox... - FOTO

24 İyun 2020 18:23

Əməkdar artist Gülüstan Əliyeva "5/5"də qonaq olub.

Milli.Az xəbər verir ki, sənətçi efirdə ailə qurduqdan qısa zaman sonra şəhid xəbərini aldığı həyat yoldaşı və qardaşından gözyaşı içində danışıb:

"1990-cı ildə ailə qurdum. Toyumdan 11 ay sonra həyat yoldaşımın ölüm xəbəri gəldi. Qardaşımın da ölüm xəbərini 1994-cü ildə aldım. Hər ikisi də şəhid olub. Mən çox qürurluyam, fəxr edirəm ki, belə bir ailənin üzvüyəm".

Məhəmməd Vaqif
Milli.Az