Şou-biznes

Məşhur əməkdar artist Səyavuş Aslanla sevgili olubmu? - İLK DƏFƏ ÖZÜ DANIŞDI

21 İyun 2020 23:34
15 Şərh     Baxış: 19 572
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Müğənninin axı öz ailəsini güclə saxlayan qoca kişi nəyinə lazım idi? O, xüsusi insanlar tərəfindən uydurulmuş şayiə idi ki, həm onun, həm də mənim ailəmi dağıtsın. Sadəcə, məni bu məsələdə qurbanlıq quzu etdilər".

Milli.Az xəbər verir ki, bu sözləri Əməkdar artist, müğənni Təranə Vəlizadə ARB-nin efirində yayımlanan "Səhər-səhər" proqramında Xalq artisti Səyavuş Aslanla aralarında olan münasibətdən danışarkən deyib.

"O zamanlar mən Səyavuş Aslanı tanımırdım, heç yerdə görüşüb belə salam verməmişdim. Onunla ünsiyyəti olanı Allaha tapşırıram. Bu xəbərlər əsassız idi",- deyə o, bildirib.

Qeyd edək ki, yayılan şayiələrə görə Xalq artisti Səyavuş Aslan uzun müddət özündən 15 yaş kiçik müğənni Təranə Vəlizadə ilə sevgi münasibətində olub. Hətta bu hadisə xalq artistinin ailəsinin dağılmasına da səbəb olub. (ölkə.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.