Şou-biznes

Səidə Sultan: “Heç bir obyektim yoxdur, evlərim və avtomobilim var”

21 İyun 2020 14:20
Baxış: 3 894
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Heç bir obyektim yoxdur. Yalnız avtomobilim var".

Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan ATV telekanalında yayımlanan "Zaurla Günaydın" səhər şousunda qonaq olarkən deyib.

Hazırda heç bir yerdən qazancının olmadığını vurğulayan sənətçi bir neçə evinin olduğunu etiraf edib:

"İki-üç evim var. Baxmayaraq ki, maddi baxımdan hazırda vəziyyət pisdir, heç bir evi satmaq niyyətim yoxdur. Çünki satılan gedir, alınan isə qalır".

S.Sultan həmkarlarından fərqli olaraq, idarə etdiyi avtomobilin bankda kreditdə olmadığını dilə gətirib:

"Şükür olsun ki, avtomobilimin kreditini vaxtında ödədim və bağladım. Amma bir çox müğənnilərin avtomobilləri kreditdə olduğu üçün problemlərlə üzləşiblər. Pandemiya ilə əlaqədar banklar heç kimə güzəştə getmir. Krediti vaxtında ödəməyəndə faiz faizin üstünə gəlir. Müğənnilərin kreditdə olan avtomobillərinin hamısı problemlidir. Hazırda idarə etdiyim avtomobil "BMW X5"dir. Amma gözüm "X7"yə düşüb. Allah nəsib etsə, onu da nə vaxtsa alaram".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.