Şou-biznes

“Bezirəm, hər dəfə yazırlar ki, öz dilimiz yoxdur?” - Nigar Camal

19 İyun 2020 13:00
0 Şərh     Baxış: 3 134
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bütün dünya şou-biznesində qeyri-səmimilik var. Həmişə demişəm ki, şou-biznesdə saf, axmaq adam yoxdur. Bəziləri çalışırlar ki, özlərini sakit göstərsinlər, amma bizdə beləsi yoxdur. Bizim şou-biznes canavarxanadır. Kimsə səhnədə oxuyub rəqs edir, sonra deyirsə utanıram, buna inanmıram".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Nigar Camal "Üçümüz" proqramında qonaq olarkən deyib.

Bundan əlavə, Nigar rus və ingilis dillərində status yazdığı üçün tənqidlərə məruz qaldığını qeyd edib: "Çalışıram ki, sosial şəbəkədə status yazarkən Azərbaycan dilindən istifadə edim. Amma rus və ingilis dillərində postlarım da olur. Bezirəm, insanlar hər dəfə yazır ki, öz dilimiz yoxdur? Öz dilimiz var, başqa dil bilmək də pis deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.