Şou-biznes

Nura Suri: "Mənim adım heç bir “həci” ilə hallanmayıb"

12 İyun 2020 14:39
8 Şərh     Baxış: 3 198
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mənim adım heç vaxt hansısa "həci" ilə deyil, həyat yoldaşlarımla hallanıb".

Milli.Az ölkə.az-a istinadən bildirir ki, bunu müğənni Nura Suri qonaq olduğu "5-də 5" verilişində deyib.

"Heç kəsə sirr deyil ki, mən 3 dəfə ailə həyatı qurmuşam. Burada qəbahət bir şey yoxdur. Boşanan qadının yenidən ailə qurması normal bir işdir",- deyə ifaçı bildirib. Daha sonra o, onun haqqında səbəbsiz xəbərlər yayanlardan da danışıb.

"Karantin dövründə mən "İnstagramda" arxiv fotolarımı paylaşdım. Mən həm ailəmin, həm də keçmiş həyat yoldaşlarımın fotolarını da yayımlamışam. Bununla barəmdə şayiələr yayan insanlara cavab verib, ağızlarından sillə vurdum ki,  bir də belə işlərlə məşğul olmasınlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.