Şou-biznes

“Gəncədə çayxanada 4 manata ofisiant işləyirdim” - Məşhur reper - VİDEO

2 İyun 2020 10:24
1 Şərh     Baxış: 3 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada yetərincə populyarlıq qazanan əslən azərbaycanlı reper Navai (Nəvai Bəkirov) "вМесте" Yutub layihəsinin qonağı olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, müsahibə zamanı o, ailəsi, yaradıcılığı və şəxsi həyatı ilə bağlı etiraflar edib.

"Mənim valideynlərim zooparkda işləyirdi. Onlar hər şəhərdə iki-üç həftə qalır, bütün Rusiyanı gəzirdilər. Moskvanı doğma şəhərim sayıram, ona qədər nə olduğunu xatırlamıram, çünki biz bütün şəhərləri gəzirdik və mənim daimi yaşayış yerim yox idi. Mənim ən yaxşı dostlarım pələng və canavar balaları, ilanlar idi. Heyvanları çox sevirəm", - Navai xatırlayır.

Reper 5-ci sinfədək Moskvada təhsil alıb, daha sonra ailəsi ilə bərabər Azərbaycana köçüb, Gəncədə yaşamağa başlayıb: "Burada sənə cırıq cins şalvar geyindiyinə, şortda gəzdiyinə və ya ana söyüşü söydüyünə görə irad bildirə bilərlər. Sənin əlindən tutub aparıb və başa sala bilərlər. Bütün bunları bilmədiyimə görə daim dava düşürdü. Özümü aparmağı tez bir zamanda öyrəndim, ən əsası - böyüklərə hörmət etməyi, onlar içəri girəndə ayağa qalxmağı və s".

2006-cı ildə Nəvai Bəkirovun qardaşı dünyaya gəlib. Onun sözlərinə görə, ailənin maddi imkanları yaxşı olmadığından, o, 11 yaşında işləməyə başlamalı olub: "Mən təhsil alırdım, saat ikidə evə qayıdırdım, əynimi dəyişirdim və işə gedirdim. Çayxanada 4 manata ofisiant işləyirdim. Məkan evimdən dörd kilometr aralıqda yerləşirdi. Ora və geriyə piyada gedirdim, qənaət etdiyim pula evə çörək alırdım".

Müsahibənin tam versiyasını aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz:

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.