Şou-biznes

"Toy olmayacaq, gedib kiminsə bağında oxuyub pul qazanacağıq"

30 May 2020 15:54
Baxış: 3 225
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nadir Qafarzadə toy olmamasına sevinən sosial şəbəkə istifadəçilərinə əsəbiləşib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi "Şou ATV" proqramında məsələyə münasibət bildirib. O qeyd edib ki, toy olmasa da müğənnilər pulsuz qalmayacaqlar:

"Yazırlar ki, yaxşı oldu sizə. Bizə heç nə olmadı. Sənətçi hardan olsa qazanacaq. Toy olmayacaq, kimsə bağına çağırıb, oxutdurub pul verəcək.

Siz niyə sevinirsiz? Toy olmayacaq olmayacaq da. Xoruz yox idi səhər açılmırdı? Əksinə toy olsun ki, xalq sevinsin. Bizə toy-bayram yaraşır. Bu nə deməkdir? Bu necə bədlikdir, arzudur? Bşınıza dəysin arzunuz".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.