Şou-biznes

“Məni ATV-yə Röyaya görə buraxdılar” - VİDEO

20 May 2020 15:02
4 Şərh     Baxış: 3 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Niyam Salami vaxtilə ATV kanalına buraxılmadığını bildirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı bu barədə sözügedən kanalın efirində yayımlanan "7 canlı" verilişində danışıb.

O, Xalq artisti Röya Ayxanın sayəsində ATV-də verilişlərə çıxdığını bildirib:

"Mən ATV-yə çıxa bilmirdim. Hər yerdə elədir ki, yeni müğənnisənsə, bir az "tərləməlisən". O zaman da mənim "tərləməyə" halım yox idi. Allah onu var etsin. Nailə Mirməmmədlinin evində tanış olduq. Dedik ki, biz niyə oxumuruq? Şeiri tapanadək çox əziyyət çəkdik. Röya tanınmış ulduz idi, tanınmağımda onun rolu oldu. Onun dinləyicisi mənə, mənim də dinləyicim ona qulaq asdı".

Qeyd edək ki, müğənnilər bir neçə il öncə "Ay ürək" adlı mahnı ifa ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.