Şou-biznes

Oğlu xərçəngdən ölən azərbaycanlı məşhur 16 kilo arıqlayıb BU HALA DÜŞDÜ - FOTO

19 May 2020 17:29
11 Şərh     Baxış: 7 499
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Verilişdən öncə Zöhrə xanımla danışdım. Dedim "Zöhrə xanım yaman arıqlamısınız". Tutuldu qaldı".

Milli.Az xəbər verir ki, Zaur Kamal aparıcısı olduğu proqramda qonağı olan Əməkdar artist Zöhrə Abdullayeva ilə bağlı danışarkən deyib.

Xanım sənətçi oğlunun vəfatından sonra birdən-birə 16 kilo arıqladığını bildirib:

"Fələyin işidir də, mən bilə-bilə arıqlamamışam ki. Arıqlamaq istəyəndə arıqlamırdım. Amma fələk dedi görə səni necə arıqladaram. 16 kilo arıqlamışam. Mən hər zaman çalışıram tamaşaçıların qarşısına səliqəli, yaraşıqlı çıxım. Mənim balam da sevərdi məni yaraşıqlı görsün. Düzdür, saçım ağarsa da hər halda mənə elə gəlir ki, çox elə əldən getməmişəm".

Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən əziyyət çəkirdi. 2 il əvvəl İsrafil 46 yaşında dünyasını dəyişib. 

Məhəmməd Vaqif
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.