Şou-biznes

Zenfira İbrahimova ərinin arxiv FOTOlarını paylaşdı - Nə yaxşı ki, varımsan

15 May 2020 10:04
7 Şərh     Baxış: 10 412
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Zenfira İbrahimova həyat yoldaşı ilə olan arxiv fotosunu yayımlayıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, müğənni İnstagram hesabında həyat yoldaşı ilə illər əvvələ məxsus fotosunu yayımlayıb. ifaçı həmin foto vasitəsi ilə evlilik il dönümünü qeyd edib. O fotonu belə şərh edib. 

''2003-cü il. Bir oğlan mənimlə yol gedərkən tanış oldu. Heç sevmədim bu hərəkətini və acıladım. Beləcə mən atlı oldum, o piyada. Bir gün qarşıma çıxıb, gözümün içinə baxdı və səni sevirəm, səndən əl çəkməyəcəm dedi. Beləcə tanış olduq və 2005-ci ildə ailə həyatı qurduq. Çox ağrılı-acılı günlərimiz oldu. Çox keçmədi həyatıma bir işıq gəldi. Qızım dünyaya göz açdı. Artıq evliliyimizin 15-ci baharını yaşayırıq. 14 may bizim tariximizə qızıl hərflərlə yazıldı. Nə yaxşı ki, varımsan. İlk günki kimi sevirəm səni''. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.