“Flora çox böyük səhv edib” - Şeyx Əbdül
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Şeyx Əbdül Mahmudov Flora Kərimovanın sosial şəbəkədə onunla bağlı yazdığı ittihama cavab verib.
Milli.Az kulis.az-a istinadən xəbər verir ki, bu barədə açıqlama verən Xalq artisti Flora Kərimovanın onun haqqında bu sözləri yazmağa mənəvi haqqı olmadığını bildirib:
"Əvvəla onu deyim ki, Floranın mənimlə bağlı yazdığı o sətirlər əsassızdır. O sözü hardan götürüb, bilmirəm. Mən ümumiyyətlə dilimə elə bir söz alıb danışmamışam. Xeyli vaxt bundan əvvəl müsahibələrin birində jurnalist bu mövzuya toxundu, sual verdi ki, "Fəxri adlar rüşvət müqabilində verilir?" Mən də cavab verdim ki, yoxlasınlar, görsünlər kimə rüşvətlə ad veriblərsə, ləğv etsinlər.
Flora Kərimova məni həmişə vicdanlı sözün sahibi kimi qəbul edib. Əgər vicdanı varsa, bunu etiraf etməlidir. Mən 75 yaşımda Xalq artisti adı almışam. Hansı ki, mən bu adı 30 il bundan əvvəl almalı idim. Fəxri adlarıma görə heç kimə müraciət, xahiş etməmişəm. Bu qədər xidmətlərim qarşılığında 75 yaşında qoca kişiyə Xalq artisti adı veriblər, əgər bu Flora xanıma çox görünürsə, qurbandır ona.
Flora Kərimovaya hər zaman böyük hörmətim olub. Yazısında qeyd edir ki, "yəqin sən də rüşvət verib ad almısan". Bu sözü mənə deməyə Floranın mənəvi haqqı yoxdur. Orda çox böyük səhv edib. Mənə bu adı xəbərim olmadan yubileyimdə veriblər. Bu yaşıma kimi Azərbaycan mədəniyyətində bir çox xidmətləri olan adamam. Əməkdar incəsənət xadimiyəm, Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı laureatıyam. Bunlardan Floranın xəbəri yoxdur. Çünki Flora medianı izləmir, yüksək intellekt sahibi deyil.
Ola bilsin ki, Flora xanım gündəmə gəlmək istəyir. O qalmaqallı illəri üçün darıxıb. Amma obyekti düz seçməyib. O oyunlar mənimlə baş tutmaz. Flora birinci getsin, özü Allahın ona verdiyi arvadlıq dəyərlərinə əməl etsin, sonra kişilik söhbəti etsin. O, məni tanıdığı, savadımı mövqeyimi, kişiliyimi bildiyi halda belə mənasız, mahiyyətsiz ifadə işlətməyi ona yaraşdırmadım. Çox təəssüf edirəm. O yaxşı bilir ki, Şeyx necə kişidi. Amma mən kin saxlamıram yenə öpüb bağrıma basıram. Münasibətim yenə əvvəlki səviyyədə qalacaq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyi Daşkənddə rəqəmsal layihələr təcrübəsini təqdim edib - (Foto)
-
Qazaxıstanda matəm elan edildi
-
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirilib - (Foto/Video)
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var
-
Azərbaycan və Türkiyənin iki orkestri - bir səhnə: Elvin Hoca Qəniyev musiqi gecəsinin mərkəzində - (Foto/Video)
-
Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat istefa verdi
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Moskva prospektində 6 yeni dayanacaq pavilyonu quraşdırılır
-
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir - (Foto)
-
DİN "Formula 1" yarışı ilə əlaqədar əhaliyə müraciət edib - (Video)
-
Bakıda ikinci “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalı keçiriləcək - (Foto)
-
Bakıda övladlarından imtina edən kişi həbs olundu
-
Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər
-
REDMI Note 17 Pro Max 5G yarış trekində - Hərəkətdə Titan gücü
-
Bank kartları ilə bağlı - Daha bir qadağa
-
Azad edilmiş ərazilərdə 93 mindən çox insan yaşayır
-
Məşhur DJ Calvin Harris bu gün Bakıda səhnəyə çıxacaq
-
Corc Rassell ikinci sərbəst yürüşdə də ən sürətli oldu - (Yenilənib)
-
İki rayonda qaz təchizatı dayandırılacaq
-
Telefonla danışmayın, ağacların altında dayanmayın - Əhaliyə xəbərdarlıq edildi
-
Dövlət məktəblərində adambaşına maliyyələşdirmə prinsipi tətbiq olunacaq
-
Məkkə və bir sıra şəhərlərə hücumla bağlı xəbərdarlıq





